SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bakının sönmüş işıqforları - FOTOREPORTAJ

15 May 2019 [14:27]
Hər gün Bakı şəhərində çox sayda qəzaların şahidi oluruq. Bunlar gah sürücülərin, gah piyadaların günahından, gah da başqa səbəblərdən meydana gəlir.  
Bu cür qəzaların böyük əksəriyyəti yol infrastrukturunda yaranmış problemlər səbəbindən baş verir. 

Yol kəsişmələrində işıqforların işləməməsi bunun bariz nümunəsidir. Bu problem daha çox hərəkətin intensiv olduğu ərazilərdə qəza vəziyyətlərinin yaranmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, Oxu.az-ın fotoqrafı şəhərin müxtəlif küçələrində işıqsız qalmış işıqforları lentə alıb:
Mövcud vəziyyətlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.