SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

İntihara cəhd edən şagirdin valideynləri nazirliyə çağırıldı

15 May 2019 [10:24]

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyevanın valideynlərini Təhsil Nazirliyində qəbul edib.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib, onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq göstərişlər verilib. 

Xatırladaq ki, aprelin 30-da təxminən saat 20:30 radələrində paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdinin valideyni məktəb direktoruna övladının evdə dərmanqəbul edərək zəhərləndiyi barədə məlumat verib. Şamxal Əliyev iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib.