SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Rasim Balayev ölkə başçısı və birinci xanımla görüşündən danışdı: "Sadəcə görüşdük və..."

12 May 2019 [12:29]
Ölkə başçısı İlham Əliyev və 1-ci vitse prezident dünən Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunan məclisdə sənət adamlarıyla görüşüblər. 
Onlardan biri də xalq artisti Rasim Balayevdir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl sənət adamlarının ölkə başçısıyla təşkil olunan görüşünə R.Balayevin dəvət olunmaması birmənalı qarşılanmamışdı. 

Hətta sonradan ölkə başçısı R.Balayevə zəng vurub bu barədə söhbət də etmişdi. 

R.Balayev Moderator.az-a açıqlamasında ölkə başçısıyla dünənki görüşü haqda məlumat verib:


"Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım məclisdən gedəndə sənət adamlarıyla görüşürdülər. Orda xalq artistlərindən Arif Babayev, Alim Qasımov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, xalq şairlərindən Fikrət Qoca və digər dostlar var idi. Onda mən də ölkə başçısıyla və Mehriban xanımla görüşdüm.  İş-güc barədə söhbətimiz olmadı. Sadəcə görüşdük və Ulu öndərin doğum günü münasibəti ilə təbriklərimi çatdırdım”. 



Vasif Əlihüseyn