SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Salam, İçərişəhər. Necəsən? Bilirəm inciksən.

10 May 2019 [02:04]
Salam, İçərişəhər. Necəsən? Bilirəm inciksən. 
Kabab tüstüsü sənin nəfəsini kəsib , oradan qazanılan pul isə bizim gözümüzü örtüb. Biz göyqutabı səndən daha çox sevirik. 

Əvvəllər sənin divarlarının yanında otura bilirdik. İndi isə orada oturmaq üçün mütləq yüngül konstruksiyalı tikiliyə girməliyik. 

Boğuruq səni. Çünki biz səni sevmirik.

 Aqlay daha doğmadır. Qutab daha əzizdir. Kabab sənin tarixindən daha sevimlidir. Çünki qarın qardaşdan əzizdir. Ona görə daha çox qarın qutabı yeyirik.

Deyəcəksən ki: VII əsr Sevilya qalasında bir dənə də olsun belə restoran yoxdur. Məgər Əndəlüslülərin qarnı yoxdu? 

- Dost, əndəlüslülərin qarnı var, sadəcə hər şeyə pul gözü ilə baxmırlar. Bağışla bizi. Əgər bağışlaya biləcəksənsə. 

Hörmətlə: ixtisası tarixçi olan Tural Yusifov