SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

SOS! - Şuşada tarixi abidələrimiz erməniləşdirilir - FOTOLAR

09 May 2019 [10:51]
Ermənilər bu dəfə Şuşa şəhərini əhatə edən qala divarlarının və Şuşada yerləşən digər tarixi abidələrin köhnə daşları çıxarılır. 
Qədim tarixi abidədən çıxarılan hissələrə erməni hərfləri ilə yazılan daş lövhələr yerləşdirilir.İki gün öncə ermənilər tərəfindən paylaşılan fotolarda dediyimiz faktı asanlıqla görmək olur. 



Qeyd edək ki, ermənilər bundan öncə Şuşa sözünü dəyişərək, erməni dilində yazı ilə əvəz etmişdilər.


Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur.Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib.Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. 


Qalanın üç qapısı var.Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki,bu körpü də Qala körpüsü kimi tanınır.

Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir.


Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür.Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.