SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ermənistandan 100 min azərbaycanlını sürgün edən əmr

09 May 2019 [09:34]
Stalinin bu əmrində 1948-50-ci illərdə Ermənistanda yaşayan 100 min azərbaycanlının Azərbaycana köçürülməsi, onların boşaldılmış evlərinə isə xaricdə yaşayan ermənilərin məskunlaşdırılması barədə göstəriş verilir.

Xatırladaq ki, 20-ci əsrdə Qərbi Azərbaycandan azərbaycanlılar bir neçə dəfə, hissə-hissə köçürülüb və nəticədə Azərbaycanla Türkiyə arasında qondarma bir "ölkə” yaradılıb. Əsrin əvvəllərindən başlayan deportasiya 1933, 1948-53 və 1988-ci illərdə davam etdirilib.

82950056

1918-ci ildə isə 500 mindən artıq azərbaycanlı Qərbi Azərbaycanda erməni daşnakları tərəfindən məhv edilib, minlərlə kənd dağıdılıb, azərbaycanlılara qarşı olmazın işgəncələr həyata keçirilib.

Sonuncu dəfə  – 1988-ci ildə isə Ermənistandan 250 min azərbaycanlı qovulub.

Ötən əsrin əvvəllərində indiki Ermənistanın paytaxtı İrəvan əhalisinin 87 faizini təşkil etdikləri halda, bu gün nəinki İrəvanda, hətta Azərbaycan torpaqları hesabına Rusiyanın birbaşa iştirakı ilə yaradılan bütün Ermənistanda bircə azərbaycanlı da yaşamır.