SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Məhkəmə Mübarizi alçaldan qızın işini İCRAATA GÖTÜRDÜ

09 May 2019 [04:02]
Xətai Rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında xoşagəlməz fikirlər səsləndirən tələbə Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

İlk iclasa gəlməyən N.Şahmarzadə və vəkili bu dəfə prosesdə iştirak edib.

Hakim işin halları ilə tanış olduqdan sonra işin icraata götürülməsi barədə qərar çıxarıb. Baxış iclası mayın 15-ə təyin olunub.

Qeyd edək ki, Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, beynəlxalq dərəcəli idman ustası Araz Musayev və bir sıra vətənpərvərlər qoşulub.

Amin Nəzərli