SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Lənkəranda dəniz kənarında tank əleyhinə mina tapılıb - FOTO

02 May 2019 [19:44]
 Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) mətbuat xidmətindən mətbuata verilən məlumata görə, mayın 2-də saat 12:21-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.  

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.  

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.  

Tank əleyhinə minanın ətrafında 1,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.