SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Erməni işğalı altındakı Laçın dəhlizinin yeni görüntüləri yayılıb.

26 Aprel 2019 [14:44]
Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.

1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub.

1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altındadır.

Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır.

Xatırladaq ki, Qarabağın general qubernatoru, Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz partizan dəstəsilə Laçın dəhlizində Andronikin qoşununu mühasirəyə almış, bir gün davam edən qanlı savaşdan sonra erməniləri darmadağın etmiş, Andronik güclə qaçıb canını qurtarmışdı. Daşnakların əsas hərbi sursatı ələ keçirilmiş, xeyli sayda erməni əsir alınmışdı.

Beləliklə, quldur Andronikin Qarabağa keçib Gəncəətrafı ərazilər də daxil olmaqla erməni dövləti yaratmaq kimi sərsəm planı boşa çıxmışdı.

Ermənistanla Dağlıq Qarabağı birləşdirən və Laçın dəhlizi kimi tanınan yolda qeydə alınan həvəskar çəkilişi oxuculara təqdim edirik./Karabakhmedia.az/