SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ekspert smartfonun 100% enerji toplaması ilə bağlı təhlükəni izah edib

23 Aprel 2019 [16:38]
Smartfonun 100% enerji toplaması akkumulyatorun xidmət müddətini azaldır. Bu haqda "Mail-ru Hi-Tech” portalının rəhbəri Dmitri Ryabin deyib.

"Məsələ burasındadır ki, smartfonun 100% enerji toplamasından sonra çox az sayda istifadəçi cihazı rozetkadan ayırır: siz prosesi həmin an dayandırmaq üçün yəqin ki indikatoru izləmirsiniz. Enerji yığmaqda olan smartfon 100% şarjı dəstəkləmək üçün enerji toplamağa davam edir və deməli, batareya şəbəkədəki gərginliyin təsiri altında qızmağa davam edir” – o deyib.

Ekspertin sözlərinə görə, smartfon 90% enerji topladıqda onu rozetkadan ayırmaq məsləhətdir.

Emil Hüseynov