SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Putin həqiqətən Mübariz İbrahimova "Rembo" deyib? (VİDEO)

25 Dekabr 2017 [20:51]
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında onlarla maraqlı yazı və görüntülər var. Azərbaycanın işğal altındakı torpaqlarında öz qanı ilə tarix yazan qəhrəmanımız bir gecədə ermənilərə təkbaşına divan tutub. Erməni əsgərlərini pərən-pərən salan Mübariz Qarabağda ordumuzun gücünü düşmənə göstərib.
 
Real qəhrəmanımız haqqında yayılan məlumatlar arasında düzgün olmayanları da var. Saxta məlumatlar hazırlayaraq özlərinə reytinq toplayanlar qəhrəmanlarımızın adından sui-istifadə edirlər. Xalqımızın qəhrəmanlara qarşı olan münasibəti, verdiyi dəyər hər kəs üçün bəllidir. Vətən uğrunda canından keçən, qanı ilə bu torpaqlara xidmət edən qəhrəmanlara biz də borcumuzu qaytarmalıyıq. Ancaq bu borcu saxta məlumatlar hazırlamaqla yox, real olan hadisələri bütün dünyaya çatdırmaqla qaytarmaq lazımdı.
 
Sosial şəbəkələrdə yayılan videolarda guya Rusiya prezidentinin Mübariz İbrahimov barədə danışdığı iddia olunur. Mənbə olaraq isə "hər hansı kitabın 78-ci səhifəsi" göstərilir. İnformasiya müharibəsi aparmaq istəyən, qəhrəmanlarımıza qarşı olan sevgini təbliğ edərkən bu cür saxta məlumatlara əl atmaq heç də yaxşı fikir deyil. Mənbəsi olmayan və heç bir başqa mənbədə olmayan bu informasiya internetdə sürətlə yayılır.
 
Putinin səsləndirmədiyi fikirlərlə Azərbaycan qəhrəmanına şöhrət qazandırmaq nə dərəcədə düzgündür?
 
Heç şübhəsiz ki, Mübariz və onun kimi yüzlərlə şəhidimiz yalnız və yalnız Vətən uğrunda döyüşüb və məqsəd Azad Azərbaycan amalı olub. Düşmənin dəyirmanına su tökməmək üçün bu cür saxta məlumatları hazırlamaq və yaymaq düzgün deyil. Bizim qəhrəmanlarımız ermənilərin yaratdığı "qəhrəmanlar" kimi mif deyil. Biz ermənilər kimi uşaq başı kəsən, qadın və qocalara divan tutan Monte Melkonyanı qəhrəman etmirik, bizim Mübariz kimi real igidimiz var. Torpaqlarımızı işğal altında saxlayan erməni hərbçilərinin üstünə təkbaşına gedib onları darmadağın edən real qəhrəman.
 
Nazim Babayev
BAKU.WS