SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Kollegiyanın sədrindən Elinanın məsələsinə xüsusi DİQQƏT

22 Aprel 2019 [14:05]
162 nömrəli məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ailəsi məhkəmə proseslərində onların hüquqlarını müdafiə etmək üçün vəkilə pullarının olmadığı barədə mətbuata məlumat vermişdi.

İntihar edən məktəblinin anası Sevil Hüseynova mətbuata açıqlamasına "biz kasıb ailəyik, pulumuz yoxdur. Hüquqşünasa verməyə pulumuz yoxdur.Hər kəsdən xahiş edirəm ki, bizə yardım etsin" deyə bildirmişdi. 

Elina Hacıyevanın anasının bu müraciətindən sonra Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dərhal Sevil Hüseynova ilə əlaqə saxlayıb. O, Vəkillər Kollegiyasına dəvət olunub. Lazımı hüquqi yardım göstərilməsi barədə Kollegiyanın sədrindən göstəriş verilib. Sevil Hüseynova ödənişsiz vəkillə təmin edilib.