SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bərdə doğuş evində daha bir körpə öldü

20 Aprel 2019 [14:28]
Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.
Rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da "vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub. 

Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib. 

Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib.