SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Alı Mustafayevin doğum günüdür

15 Aprel 2019 [00:10]
 Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist, şair Alı Mustafayevin doğum günüdür.
 A.Mustafayev 1952-ci ilin aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

O, tələbəlik illərindən Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa başlayıb. Lirik şeirləri və publisistik yazıları ilə mətbuatda dərc olunmağa başlayıb. 1990-cı il qanlı 20 Yanvar hadisəsini lentə alıb. 

Alı Mustafatev Dağlıq Qarabağ müharibəsi zamanı cəbhə bölgəsindən reportajlar hazırlayıb. 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd yaxınlığında Azərbaycanın hərbi helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Картинки по запросу Alı Mustafayevin doğum günüdür