SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

3 ayın gəlini intihar etdi - İsmayıllıda

15 Aprel 2019 [00:00]
İsmayıllıda 3 ayın gəlini özünü asaraq öldürüb.
Hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, rayonun Qaraqaya kəndindən İvanovkaya gəlin köçən Hüseynova (Behbudlu)Mahirə Ayət qızı gecə saatlarında özünü öldürüb.

Ölümün hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq. Qadının meyiti bu gün doğulduğu Qaraqaya kəndində dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.