SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Şamaxıda bənd uçdu, kəndi su basdı

14 Aprel 2019 [23:27]
Şamaxıda süni gölün bəndi uçub.
Hadisə bu gün günorta saatlarında Rayonun Acidərə kəndi yaxınlıqda baş verib.
Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb.

Çraqlı-Acıdərə yolu sel səbəbindən bir müddət hərəkətə bağlanıb.

Göl sahibinin sözlərinə görə, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Göl sahibinin iddiasian görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Əraziyə nəzər saldıqda həqiqətən torpaq daşınıb töküldüyünü görmək mümkündür.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Yol idarəsi arada 2000 metr məsafə olduğunu bildirərək, bu iddialarla razılaşmadığını bildirdi.