SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

ABŞ-ın müttəfiqləri Tehrana məxfi təklif edib – İran kəşfiyyatı

13 Aprel 2019 [22:52]
ABŞ administrasiyasının İrana qarşı sanksiya siyasətinin uğursuzluğu Vaşinqtonun müttəfiqlərini rəsmi Tehranla danışıqlara başlmağa məcbur edib. Azvision.az "Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri Vaşinqtonun sanksiya siyasətinin onların milli maraqlarına zərbə vurmasından bezərək, Vaşinqtonun arxasından İrana gizli əməkdaşlıq təklif ediblər. 

"ABŞ-ın müttəfiqləri biləndə ki, səs-küy salmasına rəğmən Tramp (ABŞ prezidenti) heç bir şey edə bilməyəcək, onlar İranla məxfi danışıqlar üçün təklif göndərdilər” - Mahmud Ələvi vurğulayıb. Lakin söhbətin konkret hansı məxfi danışıqlardan getdiyinə aydınlıq gətirməyib. 

İran kəşfiyyatının rəhbəri ABŞ prezidenti Donald Trampın İran İnqilabı Keçikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasına da toxunaraq bildirib ki, belə "ağılsız addıma” cavab olaraq İran xalqı İnqilabı Keçikçiləri ilə həmrəylik nümayiş etdirməklə, Trampa şillə vurub. Ələvinin sözlərinə görə, ABŞ-ın bu cür tədbirləri əks-effekt verərək İran silahlı qüvvələrininn birliyini daha da gücləndirib. 

Leyla Elbrusqızı