SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Matviyenkonun Azərbaycana səfəri zamanı dediyi sözlər təhrif edilib - VİDEO

13 Aprel 2019 [22:46]
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana uğurlu səfəri növbəti dəfə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyəsini və iki ölkənin möhkəmlənən strateji tərəfdaşlığını nümayiş etdirib.
Bunu virtualaz.org-a Azərbaycan parlamentinin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Səfər çərçivəsində Valentina Matviyenko Azərbaycan prezidenti İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb, Milli Məclisdə, "ASAN Xidmət”də, gimnastika federasiyasında olub. Hər bir tədbirdə Rusiya Federasiya Şurasının spikeri prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. Görüşlərində və etdiyi çıxışlarda yüksək rusiyalı qonaq Rusiya-Azərbaycan əlaqələrinin intibahında Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin görkəmli rolunu xüsusi qeyd edib.

Əli Hüseynli qeyd edib ki, Valentina Matviyenko Azərbaycanda rus dilinə və rus ədəbiyyatına olan sayğılı münasibətdən, rus icmasının mövqeyindən məmnun qaldığını ifadə edib, həmçinin bildirib ki, Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafını razılıqla müşahidə edirlər.

"Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya KİV-ləri Valentina Matviyenkonun prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi bəzi fikirləri kontekstdən çıxarıblar, ələlxüsus, "Matviyenkonun Azərbaycan prezidentinə "Total imla” yazmağı təklif etdiyini” bildiriblər.

Bu səbəbdən, bəzi Azərbaycan KİV-ləri Rusiya KİV-lərinə istinad ediblər. Mən sizə çıxışın bu məsələyə aid olan hissəsinin tam mətnini təqdim etmək istəyirəm:

"Universitetlər çərçivəsində elmi əmıkdaşlığı, rusiyalı tələbələrin Azərbaycanda və azərbaycanlı tələbələrin Rusiyada təhsil almasına yönəlmiş gənclər arasında mübadiləni çox vacib olduğunu hesab edirəm.

Biz hər il Azərbaycandan olan tələbələr üçün dövlət stipendiyaları ayırırıq. 2018-ci ildə 205 belə stipendiya olub, lakin ümumilikdə, Rusiyanın bütün təhsil müəssisələrində müxtəlif formalarda Azərbaycandan 15 min tələbə təhsil alır.

Biz qəbul həcmlərini artırmağa hazırıq. Bu istiqaməti çox vacib hesab edirik.

Bilirəm ki, sizdə rus dili üzrə olimpiada keçirilir. Bilirəm ki, rus dili üzrə ümumi imla olub. Əgər növbəti dəfə Azərbaycan prezidenti imlada iştirak etsə, düşünürəm ki, hamı fəal iştirak edər. Bu bir simvolik aksiyadır, lakin çox vacibdir”.