SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Güləşçimiz erməni rəqibini məğlub edib

13 Aprel 2019 [19:33]
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
Azərbaycan Güləş Federasiyasından mətbuat-a verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib. 
Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib. 

Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib. 

Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.