SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Şəkidə sarı ləkə xəstəliyi yayılıb

09 Aprel 2019 [11:25]
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi ərəfindən Respublika ərazisində müxtəlif xəstəliklərə və zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Mərkəzdən mətbuat-a verilən məlumata görə, Şəki rayonunun Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki payızlıq taxıl sahələrində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr aparılır, alaq otlarına və taxıl böcəklərinin sürfələrinə qarşı fermerlər tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu günə qədər 42 650 hektar sahədə alaq otlarına qarşı fitosanitar müşahidələr aparılıb, 40 100 hektar sahədə sirayətlənmə aşkar edilib və 32 600 hektar taxıl sahəsində sirayətlənməsi İqtisadi Zərərvurma Həddində (15-20 əd/kv.m) olduğu üçün kimyəvi mübarizə aparılıb.

Fermerlər tərəfindən həyata keçirilən kimyəvi mübarizə tədbirləri zamanı ikiləpəli alaqlara qarşı veeb-super (0.02 kq/ha), wed-killer (1.6-2 l/ha), 2.4 D amin (1.5-2 l/ha), kalamitu (0.015 l/ha), birləpəli alaq otlarına qarşı isə topçup (0.3 l/ha), cowboy (0,2 l/ha), axial (1.0 l/ha) və koropik (0.2 l/ha) herbisidlərindən istifadə edilib.