SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi- “Bura erməni torpağıdır!”- dedi...

03 Aprel 2019 [09:29]
"Talış kəndi min illərdir ki, erməni torpağıdır, Talış - bütün erməni xalqı deməkdir”. 
Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Kəlbəcərin işğalının 26-cı və Aprel döyüşlərinin 3-cü ildönümündə bu bəyanatla Azərbaycan Respublikası Tərtər rayonunun  işğal altındakı  Talış kəndində işğalçı ölkə prezidenti Armen Sarkisyan çıxış edib. 

Dünən -aprelin 1-dən Azərbaycan Respublikasının dövlət sərhədini növbəti dəfə pozaraq işğal altındakı torpaqlarımızda qanunsuz səfərdə olan Ermənistan prezidenti separatçı-terrorçu rejimin başçısı Bako Saakyanla birlikdə Tərtər rayonunun  "Maqavuz", yaxud  "Madaqiz” adlandırılımış Suqovuşan kəndinin "azad edilməsi”nin (oxu: işğal edilməsinin) 26-cı ildönümü ilə bağlı həmin məntəqədə olub. 

 A.Sarkisyan burada çıxış edərək "Maqavuz”un strateji əhəmiyyətindən danışıb və bir qrup erməni işğalçı hərbçisini mükafatlandırıb. A. Sarkisyan Aprel döyüşlərində bu kənddə gəbərmiş 17 erməninin "şərəfi"nə abidənin açılışında da iştirak edib. 


Sonra işğalçı və separatçı rejim rəhbərləri Azərbaycanın işğal altındakı Talış kəndinə gəliblər. Talış kəndini "qədim erməni torpağı" adlandıran A.Sarkisyan burada "qalib döyüşçülərin əhatəsində olmasından qürur duyduğunu”, "Talışda özünü bütün dünya ermənilərinin əhatəsində hiss etdiyini” vurğulayıb....
İşğalçı dövlət başçısı Azərbaycan torpaqlarındakı erməni hərbçilərlə qısa müşavirə də keçirib.
 
Xatırladaq ki, 3 il öncəki Aprel müharibəsi zamanı gərgin döyüşlər əsasən Talış və Suqovuşan kəndləri ətrafında olub. Müdafiə Nazirliyinin məlumatına görə,  həmin savaşlarda Azərbaycan hərbçilərinin rəşadəti sayəsində Talış kəndi yaxınlığındakı bir neçə strateji yüksəklik azad edilib.
 
P.S Görəsən Paşinyanla yanaşı, prezident Armen Sarkisyanla da görüşsək, torpaqlarımızı qaytararlar?..
 
Sultan Laçın