SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanlı “Qızıl Qurd” çempionu məğlub etdi - VİDEO

31 Mart 2019 [02:34]
Kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə peşəkar rinqdə növbəti qələbəsini qazanıb.
"Qızıl Qurd” ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində "X Fight Nights” promouterinin "Legends” ("Əfsanələr”) döyüş gecəsində çıxış edib.

O, Çexiyanın paytaxtı Praqada keçirilən döyüşdə kyokuşin karate üzrə sabiq Avropa çempionu, şotokan karate üzrə Dünya Kubokunun qalibi olmuş yerli idmançı Yan Soukupla mübarizə aparıb. Kikboksinqin K1 versiyası üzrə keçirilən yarışda idmançımız rəqibini məğlub edib.

Bununla da peşəkar rinqdə məğlubedilməz olan Bəhram Rəcəbzadə 57-ci görüşünü də qələbə ilə başa vurub.