SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Danışıqlar uzanır – ermənilər qazanır...-FOTOLAR

30 Mart 2019 [18:54]
Azərbaycan danışdıqca danışır,  işğalçılar isə məskunlaşdıqca məskunlaşırlar...
Bakıda 10 min göydələn tiksək də, 5 min park açsaq da, Qarabağın bir daşının əvəzini verməyəcək...
Azərbaycanın dövlət başçısı İlham Əliyevin işğalçı və nankor Ermənistanın baş naziri N. Paşinyanla son danışıqları  əksər erməni siyasətçilərini və xüsusən Dağlıq Qarabağdakı separatçı siyasətbazları məmnun salıb. 


Картинки по запросу бако саакян медь в арцахе

Xankəndindəki nəşrlərin yazdığına görə, Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçmiş "dövlət naziri”, hazırda "Azad vətən” "partiyası”nın lideri Araik Arutyunyan, eləcə də rejimin oyuncaq başçısı B.Saakyanın "mətbuat katibi”, eyni zamanda  bu yaxınlarda "Mühafizəkar partiya”sını yaratmış David  Babayan Vyana danışıqlarında atəşkəs rejiminin qorunması istiqamətində razılığa gəlinməsini alqışlayıblar. 

 Nəyə görə? Çünki  artıq bu gün – əsrin 31-ə yaxın bir müddətdə Azərbaycan torpaqlarının daha 20 faizinin faktiki əllərində olduğu bir zamanda ermənilərə müharibə gərək deyil. Həm maddi, mədəni, tarixi, həm də yeraltı-yerüstü sərvətlərimizi kifayət qədər talayıblar və talamaqda davam edirlər.  

Üstəlik, nəinki Dağlıq Qarabağ daxilində, ətraf 7 rayonda da  bacardıqları qədər məskunlaşırlar, tikib-qururlar, əkib-becərirlər...



P.S. Torpağı azad edə bilmirik, heç olmasa, danışıqlarda, beynəlxalq güclər qarşısında ermənilərin məskunlaşmasının qarşısının alınmasını qəti şərt kimi qoyaq. Bunu da etmirik...

Bu gün əldə etdiyimiz yeni fotolarda Qubadlının "İşxanadzor” adlandırılmış Xanlıq kəndində ermənilərin yeni evlər tikməsi, əkin-biçin işləri aparması bir daha aydın görünür. Xatırladaq ki, bu kənddəki ermənilər üçün 2019-cu ilin sonunadək  tütün istehsalı hesabına 100 iş yeri açılması planlaşdırılır... 


Oxşar işlər Laçında, Kəlbəcərdə, Şuşada, Cəbrayılda, Zəngilanda da aparılır... 

Bundan əlavə, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr başda olmaqla neçə-neçə xarici ölkə çoüzlülük edərək nəinki Ermənistana, separatçı rejimə də yardımlar edir, onunla mədəni, siyasi əlaqələr qurur, vətəndaşlarının işğal altındakı Azərbaycan torpaqlarına deputat, siyasətçi, alim, həkim, iş adamı, idmançı, turist və s. qismində gəlməsinə şərait yaradır, beynəlxalq idman yarışları təşkil etməyə çalışırlar. Bununla da özlərinin mövcudluğunu tədricən beynəlxalq miqyasda qeyri-rəsmi olsa da tanıtdırırlar...  


Digər tərəfdən, bizim işğal altındakı torpaqlarımızda doğulmuş nəsil nümayəndələrinin sayı da ildən-ilə azalır. Amma Qarabağda doğulan erməni dığa və axçiklərinin sayı, əksinə artır. Ermənilər maddi çətinliklərlə  olsa da, bizim torpaqlarda yeni, genetik cəhətdən sağlam nəsil yetişdirir. Amma o torpaqlardan olan qaçqınların genefondu getdikcə tükənir, cırlaşır. Onların övladları artıq faktiki bakılıya, gəncəliyə, bərdəliyə, ağcabədiliyə, şəkiliyə, kürdəmirliyə çevrilir...


Deməli, dərindən düşünsək, danışıqlar uzandıqca, zaman keçdikdə, torpaqlarımız tapdaq altında qaldıqca qazanan biz yox, ermənilərdir. Biz ha deyək ki, Ermənistan beynəlxalq layihələrdən təcrid olunub, iqtisadiyyatları çökür, acından ölürlər, bununla torpaqlarımız azad olunacaqmı? 

Həmişə deyirik; erməni kəndlisi, şəhərlisi Qarabağda uçuq damda, xarabalıqda sülənsə də, yavan çörək yesə də, fakt odur ki, bizim torpaqda sərbəst yaşayır, hava udur, su içir. Həsrətdən, dərddən çərləyən, ölən isə bizlərik... Bu gün tutaq ki, Bakı-Ceyhanın, nə bilim TAP-ın-filanın hesabına Bakıda  on min göydələn ucaltdıq, 5 min park açdıq. Bunların heç biri Qarabağın, Şuşanın, Laçının, Kəlbəcərin bir daşını əvəz eləməyəcək...

 Sultan Laçın