SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Rusiya şirkəti Qarabağda 4-cü övladı olmuş 201 ailənin hər birinə 4 min dollar bağışladı-FOTO

30 Mart 2019 [18:51]
Rusiyanın məşhur "Taşir” holdinqi 2018-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında  4-cü övladı olmuş erməni ailələrinə 800 mindən çox pul paylayıb.
Separatçı nəşrlərin verdiyi məlumata görə, bu gün –martın 27-də işğal altındakı Xankəndi şəhərində  bu xeyriyyə aksiyasıyla bağlı təntənəli tədbir  keçirilib.

 Tədbirdə iştirak edən çoxuşaqlı ailələrin nümayəndələri "Taşir”in ermənilərin sayının artmasına yönəlmiş bu xeyriyyəçiliyindən çox ruhlandıqlarını bildiriblər. Separatçı rejimin oyuncaq başçısı Bako Saakyanın da qatıldığı tədbirdə konsert də verilib.

Qeyd edilir ki, "Taşir” holdinqi 2018-ci ildə Dağlıq Qarabağ və ətraf rayonlarda  4-cü övladları doğulmuş hər bir erməni ailəsinə 4 min dollar hədiyyə edib. Həmin layihə 2016-cı ildən həyata keçirilir və indiyədək 443 ailə bundan bəhrələnib.
P.S.  Göründüyü kimi, ermənilər torpaqlarımızda saylarının artması üçün əllərindən gələni edirlər...

Sultan Laçın