SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

"Diqlas" yanğınındakı zərərçəkənlərə 3 milyon manat ayrıldı

30 Mart 2019 [17:55]
Onu da nəzərinizə çatdıraq ki, artıq iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" Ticarət Mərkəzində yanğın zamanı zərərçəkmiş icarədarlarla görüşüb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında baş tutan görüşdə nazir qeyd edib ki, prezidentin tapşırığı ilə onlara hər cür dəstək veriləcək: 

"Bütün məsələlər araşdırılır, şənbə-bazar günləri də işləyəcəyik. Üç gün ərzində araşdırma aparılacaq. Gələn həftədən dəstək tədbirlərinin həyatda keçirilməsinə başlanılacaq". Şahin Mustafayev bildirib ki, icarədarlara 5 illik müddətinə 4 faizlə manatla kredit verə bilərlər.

Ötən gün isə ölkə başçısı yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. 

Həmin sərəncama əsasən "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılacaq.