SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Yeni ərazilərin işğalı üçün yeni müharibə edəcəyik” - Ermənistan müdafiə naziri

30 Mart 2019 [17:43]
Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, "ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.
Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, "ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.

Hurriyyetorg azvision.az-a istinadən xəbər verir ki, Tonoyan bunu Nyu Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.

"Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür” – Tonoyan sərsəmləyib.

Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: "Biz bu "xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq.”

Qeyd edək ki, dünən Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.