SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Son bir həftənin ən maraqlı 3 ixtirası

27 Mart 2019 [22:34]

Hər il mütəmadi olaraq Las Vegasda Consumer Electronics Show (CES)texnologiya sərgisi keçirilir. Sərginin əsas məqsədi, il ərzində ixtira edilən ən maraqlı texno-məhsulları insanlara təqdim etməkdən ibarətdir.

Audio eynəklər, robotlar, smart-üzüklər start-up layihələr olaraq təqdim edilir və daha sonra texno-bazarlarda yer almaq üçün məhşur brendlərin marağına səbəb olmağa çalışır.

Banco.az olaraq Beynəlxalq Texnologiya sərgisi CES (Consumer Electronics Show) 2019 –da rəğbət qazanan ən maraqlı 3 ixtiranı sizə təqdim etmək istərdik

Padrone üzüyü, mouse əvəzləyicisi






İsveçrə təchizatçıları CES festivalında hazırladıqları maraqlı ixtiranı nümayiş etdiriblər. Onlar kompyuterin siçanını (mouse) əvəz edə biləcək Padrone üzüyünü təqdim ediblər. Padrone bütünlüklə siçan və tapçaddan imtina etməyi belə icazə verir. Cihazın idarə edilməsi, istəyə uyğun olaraq təyin edilir. Bu xüsusiyyət də, istifadəçinin özünə uyğun olan düzəlişlər etməsinə imkan verir. Hal-hazırda məhsul prototip mərhələsində yerləşir, şirkət məhsulun İndieGoGo platforması üzərindən inkişaf etdirilməsi üçün vəsait toplayır.


FluxPlanet – 4D-virtual avatarların hazırlanması üzrə skaner




Son bir həftənin ən maraqlı 3 ixtirası
Hər il mütəmadi olaraq Las Vegasda Consumer Electronics Show (CES)texnologiya sərgisi keçirilir. Sərginin əsas məqsədi, il ərzində ixtira edilən ən maraqlı texno-məhsulları insanlara təqdim etməkdən ibarətdir. Audio eynəklər, robotlar, smart-üzüklər start-up layihələr olaraq təqdim edilir və daha sonra texno-bazarlarda yer almaq üçün məhşur brendlərin marağına səbəb olmağa çalışır.

Banco.az olaraq Beynəlxalq Texnologiya sərgisi CES (Consumer Electronics Show) 2019 –da rəğbət qazanan ən maraqlı 3 ixtiranı sizə təqdim etmək istərdik



Robomodix sosial robotlar




Müasir insanlar virtual aləmə can ataraq 3D model avatarlarını yaratdığı zaman, süni intellekt sahibi robotlar real insan olmağa çalışır. Məhz bu ideya üzərində Robomodix təchizatçıları xüsusilə çalışaraq yeni ixtiralarını təqdim ediblər. Onlar CES 2019 sərgisində ərsəyə gətirdikləri Alan və Alena adlı iki robotu nümayiş etdiriblər. Hər iki model Alexa və Siri modullarına qoşularaq, canlı ünsiyyət qurmağı bacarır. Eyni zamanda robotlar gülümsəyərək və həmsöhbətinin baxışlarını izləyərək, reaksiya verə bilmək belə bacarığındadırlar. Bu da, süni intellekt sahibləri ilə söhbəti daha da canlandırır və əyləncəli edə bilir.