SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Dünyaca məşhur elm və incəsənət xadimlərinin problemləri

23 Mart 2019 [19:25]
Pifaqor

Pifaqor sarışan hallar nevrozundan əziyyət çəkirdi. O, öz fikirlərinin qətiyyətlə doğru olduğunu fikirləşirdi. Xəstəliyi o qədər irəliləmişdi ki, tələbələrindən birini nəzəriyyəsini inkar etdiyi üçün dənizə atdırmışdı.

Qalileo Qaliley

Bu dahinin qarşıdakı illərdə öz adı ilə xatırlanacaq xəstəliyi var idi. O, Galilei sindromundan, yəni bəşəriyyətin qorumağa çalışdığı ənənələri dəyişmək arzusundan əziyyət çəkirdi.


İsak Nyuton

Bütün alimlər tərəfindən tarixin ən heyrətamiz adamlarından biri kimi qəbul edilən İsak Nyutonda Aspergers sindromu var idi. O, bəzi hörmət etdiyi şəxslərdən başqa heç kəslə ünsiyyətdə olmurdu və Robert Huk ilə kəskin elmi mübarizə aparırdı. Aspergers sindromu olan insanların beyinlərinin bütün hissələri ayrı-ayrılıqda çalışır. Buna görə də onlar eyni zamanda bir çox sahələrdə peşəkar ola bilirlər. Lakin xəstəlik şəxsin asosial olmasına və eyni şeyi dəfələrlə təkrar etməsinə səbəb olur.


Mozart

Ən möhtəşəm bəstəkarlardan biri olan Mozart’ın tourettes sindromu var idi. Bu sindrom eyni hərəkətin sonsuz sayda təkrarlanmasına gətirib çıxarır. Mozartın əsas uğur mənbəyinin bu sindrom olduğu düşünülür.

Bethoven

Möhtəşəm bəstəkarlardan biri Bethovenin 9-cu simfoniyanı bəstələyərkən eşitmə problemləri var idi. Eyni zamanda, Bethoven asmadan əziyyət çəkirdi və önəmli işlərə başlamazdan əvvəl başını su ilə doldurulmuş qaba salıb çıxarırdı


Çarlz Darvin

Təkamül nəzəriyyəsinin banisi olan Darvinin nitq qabiliyyəti çox zəif idi. O, çox zaman nitq zamanı kəkələyirdi. Eyni zamanda, ”chagas xəstəliyi” də var idi. Yəni, bədənində xırda qanadsız həşəratlar yaşayırdı. Darvin kitablarında bu həşəratlardan da bəhs edirdi.

Van Qoq

Dünyanın ən məşhur rəssamlarından olan Van Qoq bir çox xəstəliyə sahib idi. Şizofreniya və bipolyar psixopatiya da bunlara aiddir. Əsasən, həyatının son dövrlərində yaratdığı əsərlərdən hiss olunan sarı rəngə həvəsli olmasının da tibbi adı var idi.

Albert Eynşteyn

Dünyanın ən ağıllı şəxslərindən olan Eynşteynin autistik spektrumu var idi. O, bu xəstəliyinə görə uzun yuxuya gedər, çətinliklə ayılar, ayıldıqda isə gününün yarısını yuxulu və halsız keçirərdi.

Pikasso

Pikasso disleksiyadan və migrendən əziyyət çəkirdi. Disleksiya gec qavrama xəstəliyidir. Bu arada Pikassonun tam adını bilmək istəyərsiniz? "Pablo Diego José Francisco de Paula Juan Nepomucano Maria de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz Picasso”.

Con Naş

Dünyanın ən məşhur riyaziyyatçılarından olan Con Naş bir şizofreniya xəstəsi idi.Bu xəstəliyinin olduğunu ilk dəfə universitet illərində xəyali otaq yoldaşı gördükdə anlayır.Həyatı eniş-yoxuşlardan ibarət olur.Həyat yoldaşı ilə də olduqca problemli evlilik həyatı yaşayırdı.Onun 23 yaşına qarşı xüsusi nifrəti var idi.Və 23 may 2015-ci ildə avtomobil qəzasında həyatını dəyişir.Həyatı Ağıl oyunları filminə mövzu olub.