SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

NASA’nın okeanları araşdırmaq üçün istifadə etdiyi mükəmməl komputer

23 Mart 2019 [18:28]
NASA Advanced Supercomputing(NAS) sayəsində araşdırmaçılar iqlim dəyişikliklərini daha aydın formada öyrənə biləcəklər.
NASA araşdırmaçıları Ames Araşdırma Mərkəzində yeni inkişaf etdirilən yüksək keyfiyyətli simulyasiyalar istehsal edən NASA Advanced Supercomputing sistemi sayəsində dünya okeanlarındakı cərəyanları daha fərqli formada araşdırır. 

128 ekrandan ibarət hiperdivar 3 metr hündürlüyə və 7 metr enə sahibdir. Bu sistem Yerin istənilən bölgədəki temperaturunu, küləyin gücünü, suyun sıxlığını və hərəkətini yüksək keyfiyyətlə təqdim edir.  

Araşdırmaçılar bu simulyasiyalar sayəsində okean hərəkətlərini və bu hərəkətlərin iqlimə olan təsirini araşdıracaq. Bundan əlavə, qlobal istiləşmənin okeanlar üzərində yaratdığı dəyişikliklər çox aydın formada görüntülənə biləcək. NASA’nın super komputeri Pleiadesin işlərini də analiz edən sistem daha əvvəl nəzərə çarpmayan görüntüləri də əldə etməyimizə səbəb olacaq. Məlumatların ölçüsü çox böyük olduğu üçün daha əvvəl araşdırmaçılar yüksək keyfiyyətli olaraq simulyasiyaları izləyə bilməmişdilər.

Yaxşı, bəs bu sistem necə işləyir?

Sistem Pleiades’in məlumat toplama gücü ilə hiperdivarın bu məlumatları işə salma gücünə bağlı olaraq işləyir. Pleiades məlumatları analiz edib, yüksək keyfiyyətə gətirə bilmirdi. Lakin hiperdivar sayəsində dünyanın ən güclü vizual sistemlərindən biri yaranır.