SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Humboltun ali təhsil modeli

23 Mart 2019 [18:22]
Vilhelm fon Humbolt Almaniyanın Potsdam şəhərində 1767-ci ildə anadan olub. Berlində Humbolt Universitetinin yaradıcısı, həmçinin, ali təhsildə Humbolt modelinin təsisçisidir. Bununla yanaşı, o, həm də dilçi idi.

Onun fikrinə görə bir cəmiyyətin dili onun zehni kefiyyətlərinə və dünyaya baxışına təsir edir. Humbolt 1810-cu ildə Berlin universitetini yaradır. Onun ali təhsil metodu bu gün də bütün dünyada keçərlidir. Humboltun üsulu "Marifçilik dövrü”-nün iki vacib fikrinə əsaslanırdı: fərd və dünya vətəndaşlığı. 

Belə ki, Humbolt universitetlərin dünya vətəndaşı ola biləcək müstəqil insanlar hazırlamalı olduğunu deyirdi. Humboltun üsulunda universitet təkcə təhsil verən deyil, həm də araşdırma mərkəzi idi. Təhsil ilə araşdırma birlikdə aparılmalı idi. Bu gün dünya universitetlərinin böyük əksəriyyəti həm də araşdırma institutudur. 

Bununla yanaşı, universitet tələbəyə azadlıq verməli idi, yəni, tələbə təhsil alacağı fənləri özü seçirdi (məsələn, bioloq tarix oxumağa məcbur deyildi). Bundan başqa, universitet özü də müstəqil olmalı idi, artıq dövlətdən maliyyələşməməli, öz büdcəsi olmalı idi. Və ən əsası, müəllimlər dərs zamanı mühazirəni üzündən oxumamalı idi.

 Belə ki, buna qədər professorlar mühəzirələri oxuyaraq və tələbələrə əzbərlədərək təhsil verirdilər. Təəssüf ki, qərb dünyası yuxarıda sadalanan məsələləri iki yüz il əvvəl çözsə də, ölkəmizin universitetləri təhsildə Humbolt metoduna yaxınlaşmağı düşünmür.