SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Dünyanın ilk üzən külək ferması Şotlandiyada qurulur

23 Mart 2019 [18:01]
Dünyanın ilk üzən külək ferması Şotlandiyada qurulurHywind layihəsi çərçivəsində görüləcək işlərdən sonra artıq dənizlərdə də külək enerji fermaları qurmaq mümkün olacaq!
Dünyanın ilk üzən külək enerji stansiyası Şotlandiya sahillərində qurulur. Bu texnoloji yenilik sayəsində dərin sularda belə külək enerjisindən faydalanacağıq. Hywind olaraq da tanınan Peterhead Külək Enerji Stansiyası 20 min evə enerji verəcək.


Dünyanın ilk üzən külək ferması Şotlandiyada qurulur 

Hywind layihəsi çərçivəsində görüləcək işlərdən sonra artıq dənizlərdə də külək enerji fermaları qurmaq mümkün olacaq!

Dünyanın ilk üzən külək enerji stansiyası Şotlandiya sahillərində qurulur. Bu texnoloji yenilik sayəsində dərin sularda belə külək enerjisindən faydalanacağıq. Hywind olaraq da tanınan Peterhead Külək Enerji Stansiyası 20 min evə enerji verəcək.

Turbinlərin istehsalçısı Statoil bu yeni texnologiyanın mövcud turbinlərdən daha çox güc yaradacağını dilə gətirir. 
Hywind layihəsinin direktoru Leif Delp:
– Bu inkişaf layihəsi külək turbinlərinin açıq dəniz şərtləri altında da işləməsini təmin etmək üçün hazırlandı. Üzən fermalar bütün oyunu əvvəldən dəyişə və maliyyə xərclərini bir xeyli aşağı sala bilər. 
Sistemin ölçüləri nə qədərdir?
Pərlərlə birlikdə ümumi hündürlüyü 175 metr
Hər bir turbinin ağırlığı 11.500 ton
Pərlərin sabitləndiyi bölməyə 2 ədəd avtobus sığa bilər. 
Hər bir pərin hündürlüyü 75 metrdir.
Turbinlər suyun 1 km dərinliyində belə işləyə bilər. 

Bu günə qədər bir ədəd nəhəng turbin açıq dənizə yerləşdirilib. Əlavə olaraq, 4 turbin də Norveç ərazisində gözləmədədir. Bu ayın sonuna qədər onların hamısı sahildən 25 km uzaqda dik vəziyyətdə duracaq. 
Qiymətləri aşağı saldı!

Külək enerji stansiyalarından əldə edilən enerjinin qiyməti 2012-ci ildən bu yana 32% aşağı düşüb. Hökumətin məqsədi nüvə enerjisindən çox ucuza başa gələn külək enerjisi sayəsində qarşıdakı 4 il ərzində yeni bir qiymət ucuzlaşmasını təmin etməkdir.  

Hywind layihəsi Abu Dabi firması Masdarın iş birliyi ilə, 190 milyon funtluq bir büdcə ilə aparılır. Bundan əlavə, Birləşmiş Krallıq tərəfindən də maliyyə dəstəyi əldə edilib.

RSPB’nin Şotlandiya təmsilçisi isə layihəyə qarşı çıxıb. Səbəbi isə layihədəki hər hansı bir problem deyil. RSPB düşünür ki, Şotlandiyada kifayət qədər külək enerji stansiyası var. Qurumun idarəçiləri külək stansiyaları səbəbilə minlərlə dəniz canlısının məhv olacağından da narahatdır. BBC’ə açıqlama verən Aidan Smith, ”Külək enerji stansiyalarına qarşı deyilik, hətta iqlim dəyişikliyi ilə mübarizəmiz mövzusunda köməyi dəydiyi üçün həvəsliyik. Hywind layihəsinə qarşı çıxdıq, çünki bölgədə onsuzda dəniz canlıları ilə bağlı bir problem var və bu problem daha da arta bilər”, dedi.