SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

İran- Masulə şəhəri

23 Mart 2019 [02:54]
Masulə şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin 70 kilometr uzaqlığında yerləşir. Elbrus dağlarının ətəyində yerləşən tarixi Masulə şəhəri 16 hektar sahə ilə Gilanın ən qərb hissəsində, 
Rəştin cənub-qərbində və Fumənin 25 km qərbində salınıb. Onun dəniz səthindən hündürlüyü 1050 metrdir. Şəhər İranın milli mədəni irsi siyahasında qeydiyyata alınıb.

Yaz aylarında sərin havası, qış aylarında qarla örtülü olan Masulənin yolları demək olar ki, ilin bütün fəsillərində duman və sis olur. Masulədəki evlər elə tikilib ki, bir evin damı digər evin həyətidir. Eyni ilə Azərbaycanın Xınalıq kəndi kimi...