SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Qax-Zaqatala regionunda fermerlərin istifadə etdikləri torpaqlar əllərindən alınıb - Təfərrüat

19 Mart 2019 [07:50]
Zaqatala rayonundan bir qrup iş adamları (təxminən 40 nəfər) pozulmuş və pozulmaqda davam edən hüquqlarının müdafiəsi üçün dönə-dönə bir çox dövlət orqanlarına o cümlədən, 275-nəfərin imzası ilə Dövlət başçısına AR Nazirlər Kabinetinə və digər yuxarı insatansiyalara müraciətlər etsələrdə belə, Qax rayon İcra hakimiyyətinin başçısı qanunsuz və ədalətsiz hesab edilən və məhkəmə instansiyasında mübahisə predmetinə çevrilən sərəncamı ilə, eləcə də onu bu kimi qanunsuz işlərə sövq edən görünməyən qüvvələr, insanları dövlətə və onun təməl prinsiplərinə asi düşməyə sürükləyirlər.

Xülasəsi belədir ki, İlisu Dövlət Təbiət Qoruğunun mühafizə rejimi altında Alazan-Həftaran Vadisinin Acınohur-Sarrıca arealında heç bir məntiqə və hüquqi rejim qaydalarına, və sağlam insan təfəkkürünə uyğun gəlməyən hərəkətlər baş vermiş və bunun nəticələri olduqca acınacaqlı təzahürlərlə ifadəsini tapmışdır.


Bu isə, 
• AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş hüquqi rejim qaydalarına məhəl qoyulmadan dövlətin və bəşəri maraqların əyaqlar altına alınması;

• Bunun nəticəsi olaraq yaranmış problemin lokal deyil, dünyavi xarakter daşımasına münbit şəraitin yaradılması;

• Ərazidə dövlət səviyyəsində məskunlaşdırılmış CEYRANLARIN köç etməsinə səbəb olacaq proseslərin inkişafına rəvac verilməsi; 

• Prosesin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma və hədlərə uyğun şəkildə müqavilə əsasında sahibkarlıq fəaliyyətləri ilə məşgul olan 40-dan artıq təsərrüfat subyektlərinin ən adi hüquqlarının pozulmasına səbəb olması;

• Prosesə davam edərsə 400-500 ailə başçısının işsiz qalması; 

• və nəhayyət regionumuzda çox ciddi ekoloji, sosial, iqtisadi, mənəvi, psoxoloji və hüquqi problemlərin yaranmasına gətirib çıxarmasına səbəb olması deməkdir.


• Paralel olaraq, mənəvi deqradasiyanın stimullaşdırılmasına rəvac verilməsi ilə paralel olaraq anoloqu olmayan insana və insan amilinə münasibətin ən pis nümunəsinin formalaşdırılmasına gətirib çıxarılması deməkdir;

Diqqətə çatdırılır ki, sözügedən ərazi vahidinin torpaqları yüksək temperatur rejimində, az rütubətli şəraitdə yovşan və kserofil-efemer bitkilərin altında formalaşdığından bu ərazidə torpaq əmələgəlmə prosesi fasiləli xarakter daşıyır. Yəni 1 sm qalınlığında torpaq qatının əmələ gəlməsi üçün münimum 250-500 il vaxt lazım gəlir. 

Beləliklə, yazın əvvəlində mövsümi yağışlar şəraitində inkişaf edən qısa ömürlü bitki örtüyü, yay aylarında qısa zaman çərçivəsində minerallaşır (yəni üzvi qalıqlar çürüntüyə çevrilmir, əksinə, el dilində ifadə edəriksə "yanır”) ona görə də bu torpaqların üst qatında çürüntünün yəni humusun miqdarı az olduğunadan torpağın struktur xüsusiyyətləri kövrək və mexaniki təsirlərə qarşı davamsız olur.


Bu proses dayandırılmazsa ən yaxin gələcəkdə bunun acı nəticələrini hər birimiz duymaq məcburiyyətində qalacağıq.

Aslan Vəliyev

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi