SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

"Qarabağ"ın rəqibi erməni təxribatına görə cəzalandırıldı

10 Mart 2019 [10:55]
UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən "Arsenal” - "Qarabağ” oyununda baş verən insidentlə bağlı qərarını açıqlayıb.
Görüşdə erməni azarkeş tərəfindən Dağlıq Qarabağdakı qondarma qurumun "bayrağı"nın meydana çıxarılması və görüşün gec başlaması səbəbindən İngiltərə təmsilçisi cəzalandırılıb.

Qərara əsasən, "Arsenal” 15 min avro məbləğində cərimə ödəməli olacaq. 

Xatırladaq ki, həmin görüş "Arsenal”ın 1:0 hesablı qələbəsilə yekunlaşmışdı.