SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Zöhrə Abdullayeva tanınmaz halda

09 Mart 2019 [12:37]
Oğlu İsrafil Abdullayevin qəfil ölümündən sonra uzun müddətdir efirlərə çıxmayan Əməkdar artist Zöhrə Abdullayevanın yeni fotoları yayılıb.
Sənətçinin fotolarını stilist Samiraldo Instagram hesabında izləyiciləri ilə paylaşıb. Stilist 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Z.Abdullayevanı təbrik etmək üçün onun evinə yollanıb.

Zöhrə xanımın tanınmaz vəziyyətdə olması izləyiciləri təəcübləndirib. Əməkdar artist xeyli çəki atıb, saçları isə ağarıb.

Zöhrə Abdullayeva tanınmaz halda

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. İsrafil ötən il 46 yaşında dünyasını dəyişib. Həmin gündən etibarən Zöhrə Abdullayeva efirlərə çıxmayacağını dilə gətirib.