SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Sibel Can Bakını coşdurdu - Fotolar

09 Mart 2019 [11:52]
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
"Liatris holding"in rəhbəri, iş qadını Ruhi Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan gecəyə ifaçı "Səndən başqa kimsem yok" mahnısı ilə start verib. Daha sonra qonaqları salamlayan ifaçı Bakıda olmaqdan məmnun olduğunu deyib: 

Sibel Can Bakını coşdurdu - Fotolar

"Ruhi xanıma təşəkkür edirəm ki, bizə belə gözəl gecə yaşamağa şərait yaratdı. Oğlum Engincan ilə Bakının tarixi yerlərini gəzdik, milli yeməklərinizdən daddıq. Azərbaycan mənə doğmadır. Mən sizdən biriyəm, sizin qızınızam".

Sibel Can ard-arda sevilən yeni və köhnə mahnılarını səsləndirib. Repertuarına Azərbaycan mahnısı da əlavə edən türkiyəli ulduz "Sən gəlməz oldun" mahnısını da ifa edib.

Sibel Can Bakını coşdurdu - Fotolar

Tamaşaçıların arasına düşən müğənniyə fanat ordusu "hücum" edib. O mühafizəçilərin köməkliyi ilə səhnəyə qalxıb.

Tamaşaçıların alqışları ilə konsert başa çatıb. 

Sibel Can Bakını coşdurdu - Fotolar