SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Sakinlərdən ov tüfəngləri götürülüb

23 Fevral 2019 [12:13]
İsmayıllı rayonunda müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağbulaq kənd sakinləri S.Nurməmmədovdan və R.Əliyevdən 2 ədəd müvafiq sənədləri olmayan "İJ-18E” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.