SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Petrosyanın da cinayətləri araşdırılacaq

21 Fevral 2019 [18:19]
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti dövründəki qalmaqallı hadisələri və ya faktları da araşdıracaq.
Bu barədə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, istənilən şəxsə qarşı aparılan müvafiq yoxlamalar zamanı onlara heç nə mane ola bilməz və ortada fakt varsa, Petrosyan da prezidentliyi dövründə etdiyi qanun pozuntularına görə cavab verəcək. 

"Əgər bu və ya digər şəxslərin fəaliyyətlərində cinayət tərkibinin olmasını sübut edən faktlar aşkarlanarsa, onda bizim qarşımızı heç nə ala bilməz”, – deyə Vanetsyan vurğulayıb.