SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“CST-100 Starliner” adlı kosmik taksi sınaqdan keçirilir

12 Fevral 2019 [07:53]
Bu ilin martında "Boing” aerokosmik şirkəti "CST-100 Starliner” adlı avtonom işləyən kosmik taksisinin ilk sınaqlarını keçirəcək.
 Plana görə, sınaqlar vaxtı aparat Beynəlxalq Kosmik Stansiyaya kimi uçacaq və sonra Yer kürəsinə geri qayıdacaq.

"Boeing” şirkəti 2010-cu ildən "CST-100 Starliner” kosmik taksisi üzərində işləyir, ancaq kosmik taksi indiyədək heç vaxt kosmosa göndərilməyib. Aparat öz hərəkət sistemi olan, bortunda 7 nəfər daşıya bilən kapsul formasında hazırlanıb. Kosmik taksi "United Launch Alliance” şirkəti tərəfindən hazırlanan "Atlas V” raket daşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.  

Plana görə, aparatın ilk sınaq buraxılışı bu ilin martında Kanaveral burnundan həyata keçiriləcək. "Boeing” şirkətinin rəsmiləri bu məlumatı təsdiq ediblər.

Kosmik taksinin bortunda astronavtlarla birgə ilk buraxılışı 2019-cu ilin avqustuna planlaşdırılıb.