SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Qobustanda yollar buz bağladı - 4 nəfər xilas edildi

04 Fevral 2019 [14:26]

Qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən "Nissan" markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.

Dunya-az.com FHN-ə saytına istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılmış, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıb. 


Əməliyyat uğurla başa çatıb.