SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Prezident Administrasiyası önündə etiraz aksiyası keçirilib

02 Fevral 2019 [12:03]
"Birlik” və "Hasil” MMC-dən mənzil alıb aldadılan vətəndaşlar bu gün Prezident Administrasiyası önündə etiraz aksiyası keçiriblər. 
Onlar deyirlər ki, 2011-ci ildə Xətai rayonunda tikilən bina istifadəyə veriləndə məlub ki, bir mənzili bir neçə vətəndaşa satılıb. Artıq 8 ildir döymədikləri dövlət qurumunun qapısı qalmayıb. 

Hətta 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi vətəndaşların lehinə qərar çıxarıb. Qərara görə 210 vətəndaş Xətaidə rayonunda inşa olunan binada, 279 vətəndaş Xırdalan şəhərində tikiləcək binada mənzillə təmin edilsin, 100-dən çox vətəndaşın isə ödədiyi məbləğ geri qaytarılsın. Amma problem hələ də həllini tapmayıb.