SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək

29 Yanvar 2019 [22:39]
Dövlət başçısının şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhidlərə aid edilməsi öncədən bu kateqoriyaya daxil edilməyən polis şəhidlərin ailələrini də sevindirib. 
Bunlardan biri də milli qəhrəman Sadiq Hüseynovun ailəsidir. Həyat yoldaşı Nəzakət Bəşirova bildirir ki, illər sonra şəhidə belə yüksək qiymətin verilməsi şəhid ailələrinin diqqət mərkəzində olmasının göstəricisidir.

Dövlət başçısının fərmanda etdiyi dəyişikliklə maddi yardım alacaq ailələrdən biri də şəhid polis Əfruz Cəfərovun ailəsidir. Həyat yoldaşı Natəvan Cəfərova bildirir ki, dövlətin şəhid polis ailələrinə olan diqqəti onları sevindirib.

Qeyd edək ki, prezident İlham Əliyev dünən şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhid ailələrinə şamil edilməsini tapşırıb. Bununla da öncədən bu fərmanın əhatə dairəsinə düşməyən 461 şəhid polis ailəsi də birdəfəlik ödəniş ala biləcək.