SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” - RƏSMİ AÇIQLAMA

28 Yanvar 2019 [20:34]
Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.
Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumat yalandır: 

"Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.