SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“İlham Əliyevlə söhbətin məzmununu açmaq etikadan kənardır” - Paşinyan

28 Yanvar 2019 [13:56]

"Heç bir nəticə yoxdur."
Bunu bu gün Moskvada keçirdiyi brifinqdə Ermənistan prezidenti Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə danışarkən deyib.

"Heç bir nəticə yoxdur. Bu, sadəcə olaraq, ünsiyyət idi. Nə Əliyev. Nə də mən nəticə gözləmirdik. Sadəcə, söhbət edirdik. Əlbəttə, Qarabağı müzakirə etdik. Lakin bu, rəsmi danışıqlar deyil. Biz sadəcə bu problemə özümüzün və xalqlarımızın necə yanaşdığı barədə söhbət etdik”.

Əliyevlə söhbət zamanı ərazilərin qaytarılması və Xankəndinin danışıqlar masasında tərəf kimi çıxış etməsinin müzakirə edilib-edilməməsi sualına cavab verərkən Paşinyan qeyd edib ki, bütün söhbət onun əvvəllər səsləndirdiyi fikirlər çərçivəsində aparılıb: "Mən əvvəllər dediklərimi və mövqeyimi bildirdim. 

Dedim ki, Qarabağı deyil, Ermənistanı təmsil edirəm, çünki Qarabağ sakinləri Ermənistandakı seçkilərdə iştirak etmirlər və məni seçməyiblər. Onların öz hökumətləri, öz prezidentləri var. Buna görə də, mən Qarabağın adından danışıqlar apara bilmərəm. Mən Ermənistanın adından danışa bilərəm”, - Paşinyan vurğulayıb və əlavə edib ki, müzakirələrin tam məğzini aça bilməz və bu, etikadan kənardır.

Əliyevlə rəsmi danışıqlar məsələsinə toxunan Paşinyan bildirib ki, iki ölkənin XİN rəhbərləri danışıqlar aparırlar və hələlik konkret heç nə yoxdur.