SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Millimizin oyunçusu Çempionlar Liqasına qələbə ilə başladı

14 Dekabr 2017 [10:03]
Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan "Dinamo"su I tur çərçivəsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub.

Qarşılaşma Rusiya təmsilçisinin asan qələbəsi ilə başa çatıb. "Dinamo" hər 3 setdə rəqibindən üstün olub - 3:0 (25:19, 25:23, 25:23).