SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Külək Respublika Stadionunun damını uçurdu

28 Yanvar 2019 [12:53]
Bakıda bir neçə gün əvvəl güclü külək nəticəsində Tofiq Bəhramov adına Respublika Stadionunun sektorlarından birinin uçmuş dam örtüyü bərpa olunur.
Bu barədə Trend-ə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev bildirib.

Onun sözlərinə görə, örtüyün bərpası üçün xaricdən mütəxəssislər də çağırılıb:

"Örtük bərk parça materialdan olduğuna görə güclü külək onu dirəklərdən qopararaq uçurmuşdu. Örtüyün yenidən bərpası mürəkkəb iş olduğu üçün koreyalı mütəxəssislər dəvət olundu, çünki vaxtilə tikinti işlərini də onlar həyata keçirmişdilər. Mütəxəssislər stadiona gələrək hər şeyi analiz edib bərpa işlərinin necə aparılacağını göstərdilər".

Ş.Quliyev hazırda yerli mütəxəssislər tərəfindən bərpa işlərinin aparıldığını deyib.