SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

İdmançı qripdən ölüb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

28 Yanvar 2019 [11:21]
Səhiyyə Nazirliyi qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.
Nazirlikdən sorğusuna cavab olaraq qeyd olunub ki, həmin şəxs xəstəxanaya müraciət etməyib.

"Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını və daha sonra xəstəliyin şiddətlənərək bədənində iltihabi prosesə səbəb olduğundan dünyasını dəyişdiyini bildirib.