SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

20 yanvar faciəsi Rasim Sadıqovun şəkillərində - FOTO

20 Yanvar 2019 [05:12]
Məşhur azərbaycanlı fotoqraf Rasim Sadıqov 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biridir.
Belə ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin azadlığı və müstəqilliyi naminə şəhid olmuş azərbaycanlı oğul və qızlarımızın yaratdığı qəhrəmanlıq salnaməsi hələ də Rasim Sadıqovun fotolarında yaşamaqdadır.


Xatırladaq ki, 19-20 yanvar 1990-cı il gecəsi sovet ordusu tərəfindən Bakıda 137 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Bakıya daxil olan sovet qoşunları 200 mənzili, 80 təcili tibbi yardım maşınını, eləcə də şəxsi və dövlət əmlakının böyük bir hissəsini məhv edib.


Rasim Sadıqovun həmin faciəni özündə əks etdirən fotolarının bir hissəsini oxucularımıza təqdim edirik: