SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

"Şou-biznesdə maddiyat mənəviyyatdan üstündür" - Rövşanədən qalmaqallı sözlər

19 Yanvar 2019 [03:34]
Aparıcı Rövşanə Ağasəfqızı şou-biznes nümayəndələrini tənqid edib. Aparıcı "Səhər-səhər" verilişində şou adamlarını mənəviyyatsız adlandırıb:
"Şou-biznes adamlarına güvənmirəm. Bu sahənin nümayəndələrində maddiyat mənəviyyatı üstələyir. Hər sahədə bu cürləri var, amma bu, şou-adamlarında daha çox qabarıqdır. Toya, 5 manata, mahnıya görə bir-birinə badalaq gələnləri o qədər görürük ki... Onlara dost deyib güvənmək olmaz. Mən də onlardan uzaq dururam".