SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Qarabağ” Antalya toplanışına məğlubiyyətlə başladı

17 Yanvar 2019 [02:18]
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan klublarımız bu gün yoxlama oyunları keçirib.
 "Səbail” Macarıstan "Akvital”ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt” Qazaxıstanın "Jetısu” kollektivi ilə heç-heçə edib - 1:1.

"Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Meppen” klubuna 1:2 hesabı ilə, "Qarabağ” isə Macarıstan "Uypeşt”inə 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan Premyer Liqasının debütantı "Sabah” komandası toplanış çərçivəsində ikinci oyununa çıxıb. İlk yoxlama matçında Türkiyə "Əskişəhərspor”unu 1:0 hesabı ilə üstələmiş komandamız bu dəfə Qazaxıstan "Tobol”u ilə heç-heçə edib - 2:2